Bank Of Baku

«Atəşgah Həyat» şirkətinin sığorta haqlarının həcmi 10 dəfə artıb

«Atəşgah Həyat» şirkətinin sığorta haqlarının həcmi 10 dəfə artıb
# 18 may 2011 11:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Atəşgah Həyat» sığorta şirkətinin 2011-ci ilin yanvar-mart aylarında topladığı sığorta haqlarının həcmi 2,420 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 9,7 dəfə çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə «Həyatın yaşam sığortası» növü üzrə 629,314 min manat, «Həyatın ölüm halından sığortası» üzrə 90,439 min manat və «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» növü üzrə isə 1,7 mln. manat həcmində sığorta haqqı toplanılıb. Bu növlərin məcmu daxilolmalarda payı müvafiq olaraq 26%, 3,7% və 70,3% təşkil edib.

Şirkətdən bildirilib ki, cari ilin yanvar-mart ayları ərzində sığorta hadisələri üzrə ödənilən vəsaitlərin həcmi 8,741 min manat olub. Vəsaitlərin hamısı «Həyatın ölüm halından sığortası» növü üzrə ödənilib.

Qeyd edək ki, «Atəşgah Həyat» sığorta şirkəti 2009-cu ildə yaradılıb. Şirkət həyat sığortasının inkişafı üzrə xüsusi sığorta xidmətləri üzrə ixtisaslaşıb.

Xatırladaq ki, «Atəşgah Həyat» Azərbaycanda həyat sığortası üzrə ixtisaslaşan ilk şirkət olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR