Bank Of Baku

«Parabank»ın əməkdaşları üçün EBC*L kursları keçiriləcək

«Parabank»ın əməkdaşları üçün EBC*L kursları keçiriləcək
# 18 may 2011 13:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Parabank» ASC «European Business Competence* License» məşğələlərinin keçirilməsi məqsədilə «Allianz Group» şirkəti ilə razılaşma sənədi imzalayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, pilot layihədə iştirak etmək üçün bankın mərkəzi aparatından 45 işçi cəlb olunub. İşçilər bu ilin sonunda attestasiya imtahanları verdikdən sonra beynəlxalq sertifikatlarını alacaqlar.

EBC*L kursları «Parabank»ın əməkdaşları üçün minimal kvalifikasiyalar sırasına daxildir.
EBC*L proqramının təlimlərinin keçirilməsi bankın strateji planına uyğun hazırlanıb.

Qeyd edək ki, «European Business Competence* Licence» proqramı Slovakiya, Xorvatiya, İsveçrə, Ukrayna, Rusiya Avstriya, Böyük Britaniya, Macarıstan, Albaniya, Almaniya, Serbiya, Sloveniya, İtaliya və Avropanın 27 ölkəsində tətbiq olunur.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR