Bank Of Baku

“ASB Bank” “Regionlarda qadın sahibkarlığının inkişafı” layihəsini davam etdirir

“ASB Bank” “Regionlarda qadın sahibkarlığının inkişafı” layihəsini davam etdirir
# 18 may 2011 14:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Sənaye Bankının (ASB) dəstəklədiyi «Regionlarda qadın sahibkarlığının inkişafı» layihəsi çərçivəsində Bakının Suraxanı rayonunda tədbir keçirilib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, Suraxanı rayonunda yerləşən Heydər Əliyev Mərkəzində keçirilmiş tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, millət vəkili Sevinc Fətəliyeva, “ASB Bank”ın İdarə Heyətinin sədr müavini Cenk Bartin iştirak ediblər.

Layihənin əsas məqsədi sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşdırılması üçün qadınların idarə etdikləri kommersiya müəssisələrinə dəstəyin göstərilməsi və genişləndirilməsi olub. Layihənin əsas hədəf qrupları regionlarda məskunlaşmış, bizneslə məşğul olan və ya biznes fəaliyyətinə başlamaq arzusunda olan qadınlardır. Texniki dəstək və biznesin inkişafı xidmətləri, qadınlar üçün biznesə başlamaq məqsədilə mikro-kreditlərin əldə edilməsi üzrə seminarların təşkili və ictimai məlumatın təqdim olunması məqsədilə qadın liderlərin qeydiyyat bazasının yaradılması kimi fəaliyyətlərin nəzərdə tutulduğu layihə vətəndaş cəmiyyəti və özəl sektorun əməkdaşlığına bariz nümunədir.

Layihənin qarşıya qoyduğu məqsədlərdən biri də Regionların sosial-iqtisadi inkişafı, Yoxsulluğun azaldılması və iqtisadi inkişaf və bu sahədə həyata keçirilən digər dövlət proqramlarının icrasına dəstək olmaqdan ibarətdir. Qadın sahibkarlığının inkişafı və məşğulluğunun yerli səviyyədə təmin edilməsi də bu proqramların tərkib hissəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR