Bank Of Baku

Azərbaycanın pərakəndə ticarətdə mal ehtiyatları indeksi artıb

Azərbaycanın pərakəndə ticarətdə mal ehtiyatları indeksi artıb
# 19 may 2011 09:14 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən pərakəndə ticarət obyektlərində olan mal ehtiyatları indeksi 2011-ci ilin aprel ayı üzrə 106,1% təşkil edib.

«APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, mart ayı üzrə bu göstərici 101%, fevralda 87,1%, yanvarda isə 103,1%-ə bərabər olub.

İndeks hesabat ayının sonuna pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının dəyərinin əvvəlki ayın sonuna olan analoji göstəriciyə nisbəti kimi hesablanır. İndeksin artması mal qalıqlarının artım templərinin artmasını göstərir, onun 100%-dən çox olması isə mal qalığının əvvəlki ayla müqayisədə artımını əks etdirir. Pərakəndə ticarətdə mal ehtiyatlarının artması ilk növbədə pərakəndə ticarətdə zəifləməni əks etdirir.

Qeyd edək ki, pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının həcmi 2011-ci ilin yanvarın 1-nə 137,1 mln. manat, fevralın 1-nə 141,3 mln. manat, martın 1-nə 123,1 mln. manat, aprelin 1-nə 124,3 mln. manat, mayın 1-nə isə 131,9 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR