Bank Of Baku

“DəmirBank”ın filial şəbəkəsinin I rübdəki fəaliyyəti müzakirə edilib

“DəmirBank”ın filial şəbəkəsinin I rübdəki fəaliyyəti müzakirə edilib
# 19 may 2011 13:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «DəmirBank» ASC filial şəbəkəsinin I rüb üzrə yekunlarını geniş tərkibdə müzakirə edib.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, Qusar Olimpiya Kompleksində keçirilən yığıncaq zamanı bankın hər bir filialının hesabatı dinlənilib, müxtəlif göstəricilər üzrə planların yerinə yetirilməsi, prioritet vəzifələr və gələcək planlar ətraflı müzakirə edilib.

Bankın İdarə Heyətinin sədri Roman Əmircanovun sözlərinə görə, filial şəbəkəsinin inkişafı məqsədilə son aylarda «DəmirBank»ın Bakıxanov, Qazax və Qusar filialları yeni ünvanlara köçürülüb: “Bu filiallar və Mərkəz filialı bankın «Korporativ interyer dizayn Standartları»na uyğun təmir və tərtib edilib. Hazırda bankın daha 3 filialının yeni ünvanlara köçürülməsi üçün işlər aparılır. Bu fəaliyyət, eləcə də Bankda İT infrastrukturunun yenilənməsi, «SAP for Banking» proqramının tətbiqi, müştəri xidməti keyfiyyəti və digər sahələrdə görülən tədbirlər filialların fəaliyyətini xeyli gücləndirəcək”.

Qeyd edək ki, yığıncaqda filialların fəaliyyəti, müştərilərlə iş, müştəri xidməti, marketinq fəaliyyəti, kadr potensialı və digər istiqamətlərdə zəruri addımlar müəyyən edilib.

Xatırladaq ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Bankın ölkə üzrə 30 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR