Bank Of Baku

“Kapital Bank”da əhalinin əmanətləri kəskin artıb

“Kapital Bank”da əhalinin əmanətləri kəskin artıb
# 19 may 2011 14:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Kapital Bank» ASC-nin depozit portfelinin həcmi 2011-ci ilin aprel ayının 1-nə 271,071 mln. manat təşkil edib ki, bu da ötən analoji dövrünün göstəricisi ilə müqayisədə 17,1% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə müddətli depozitlər 33% artaraq 117,147 mln. manata, tələb olunanadək depozitlər 7,5% genişlənərək 153,924 mln. manata, bank tərəfindən cəlb edilən əhalinin əmanətləri isə 60% artaraq 142,676 mln. manata çatıb.

Xatırladaq ki, «Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «Paşa Holding» (97,5%) və bankın əmək kollektivi (2,5%) çıxış edir. Bankın ölkə üzrə 89 filialı, 393 bankomatı, 399 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR