Bank Of Baku

Bu ilin I rübündə Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi 78% artıb

Bu ilin I rübündə Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi 78% artıb
# 19 may 2011 16:02 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Cari ilin I rübündə Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövriyyəsi ilə müqayisədə 78% artıb.

APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin aparat rəhbəri Samir Vəliyev bu gün Həştərxanda keçirilən II Rusiya-Azərbaycan Regionlararası Forumunda bildirib.

Onun sözlərinə görə, bu artım templərini nəzərə alaraq demək olar ki, ilin sonunda Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi 3-3,5 mlrd. dollar təşkil edəcək.

Qeyd edək ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 2 mlrd. dollar olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR