Bank Of Baku

MDB ölkələri BVF-nin rəhbəri postuna öz namizədini müəyyənləşdirib

MDB ölkələri BVF-nin rəhbəri postuna öz namizədini müəyyənləşdirib
# 19 may 2011 16:05 (UTC +04:00)
Bakı - APA-Economics. MDB ölkələrinin baş nazirləri Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru vəzifəsinə öz namizədini müəyyənləşdirib. “APA-Economics”in xəbərinə görə, bu barədə Qazaxıstanın baş naziri Kərim Məsimov “Twitter” sosial şəbəkəsindəki mikrobloqunda açıqlama yayıb.

Onun yazdığına görə, MDB BVF-nin rəhbəri postuna Qazaxıstan Mərkəzi Bankının sədri Qriqori Marçenkonun namizədliyini irəli sürəcək.

Qeyd edək ki, Q.Marçenko 1999-2004-cü illərdə Qazaxıstan Mərkəzi Bankına rəhbərlik edib. Həmin il Qazaxıstan baş nazirinin birinci müavini, daha sonra prezidentin müşaviri olub. Beş illik fasilədən sonra - 2009-cu ildə o, yenidən Mərkəzi bankın rəhbərliyinə qayıdıb. “Euromoney” jurnalı 2003-cü ildə onu “Dünyanın ən yaxşı Mərkəzi Bank rəhbəri” adlandırıb.

Q.Marçenkodan başqa, BVF-nin icraçı direktoru vəzifəsinə namizədlər arasında Fransanın maliyyə naziri Kristin Laqard və Almaniya Mərkəzi Bankının sabiq başçısı Aksel Veberin də adları çəkilir.

Xatırladaq ki, BVF-nin icraçı direktoru Dominik Stross-Kan bu gün istefa verib. O, mayın 14-də Nyu-Yorkun Kennedi hava limanında həbs olunub. 62 yaşlı Stross-Kan qaldığı “Sofitel” hotelində 32 yaşlı xidmətçi qadını zorlamaq cəhdində ittiham olunur. Qadın qaçaraq canını qurtara bilib və olay barədə hotel əməkdaşlarına məlumat verib. BVF rəhbəri isə hoteli tələsik tərk etməli olub. Bu səbəbdən mobil telefonunu və digər şəxsi əşyalarını öz nömrəsində unudub. Parisə uçmağa hazırlaşarkən isə hava limanında həbs olunub.

Dominik Stross-Kan 2012-ci ildə Fransada keçiriləcək prezident seçkilərində ən şanslı namizədlərdən sayılırdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR