Bank Of Baku

Naxçıvanda kredit ittifaqlarının yaranmasının 100 ili tamam olur

Naxçıvanda kredit ittifaqlarının yaranmasının 100 ili tamam olur
# 20 may 2011 10:34 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Naxçıvan kredit ittifaqları bu il 100 illiyini qeyd edir. Bu barədə «APA-Economics»ə Azərbaycan Kredit İttifaqları Assosiasiyasından (AKİA) bildirilib.

AKİA-dan «APA-Economics»ə verilən məlumata görə, Naxçıvan şəhərində ilk kredit ittifaqı «Naxçıvan Qarşılıqlı Kredit Cəmiyyəti» adı altında 1911-ci ildə yaradılıb. Bu kredit ittifaqı Naxçıvanın ilk kredit ittifaqı kimi tanınır. İttifaqın nizamnamə kapitalı həmin dövrdə 35 min rubl, kredit portfeli 182 min rubldan artıq, payçıların sayı isə 390 nəfərdən ibarət olub.

AKİA-dan bildirib ki, Naxçıvanda ilk müasir kredit ittifaqları 2003-cü ildən yaradılmağa başlayıb. Hazırda Naxçıvan MR-in ərazisində altı kredit ittifaqı fəaliyyət göstərir ki, onların da beşi («Mey», «Bərəkət», «Cavid», «Savalan» və «Arzu») AKİA-nın üzvüdür: «Bu kredit ittifaqlarının nizamnamə kapitalı 430 min manata yaxın, kredit portfeli 1,2 mln. manat, payçıların sayı isə 600 nəfərə çatıb».

Xatırladaq ki, AKİA 2003-cü ildən fəaliyyət göstərir. Azərbaycandakı 75 kredit ittifaqı qurumun üzvüdür. Assosiasiyaya kredit ittifaqları tərəfindən ödənilən rüblük üzvlük haqqı 100 manat, yeni qəbul edilən ittifaqlar üçün isə 30 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR