Bank Of Baku

«Gəncəbank»ın depozit portfeli son bir ildə 31% genişlənib

«Gəncəbank»ın depozit portfeli son bir ildə 31% genişlənib
# 20 may 2011 12:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Gəncəbank» ASC-nin kredit portfelinin həcmi 2011-ci ilin aprelin 1-nə 29,562 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 1,4% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın istehlak kreditlərinin həcmi 2,1 dəfə azalaraq 981 min manat, Azərbaycan İpoteka Fondunun xətti ilə verilən ipoteka kreditlərinin həcmi isə təxminən 2 dəfə artaraq 3,048 mln. manata çatıb.

Bu müddət ərzində bankın depozit portfelinin həcmi 31% genişlənərək 4,878 mln. manat, o cümlədən müddətli depozitlər 33,5% artaraq 4,522 mln. manat, tələb olunanadək depozitlər 9,7% artaraq 226 min manat, əhalidən cəlb edilən əmanətlər isə 1,5% azalaraq 131 min manat təşkil edib.

Xatırladaq ki, «Gəncəbank» ASC 1994-cü ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 3 filialı, 6 bankomatı və 14 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR