Bank Of Baku

«Bank VTB Azerbaijan»ın aktivləri I rübdə 16% azalıb

«Bank VTB Azerbaijan»ın aktivləri I rübdə 16% azalıb
# 20 may 2011 14:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Rusiya «VTB Group»una daxil olan «Bank VTB Azerbaijan» ASC-nin aktivlərinin həcmi 2011-ci ilin aprelin 1-nə 27,157 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 16% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 58% artaraq 15,7 mln. manat, depozit portfeli isə 47% azalaraq 3,384 mln. manat olub. Həmçinin bankın məcmu kapitalı 19,4% azalaraq 19,131 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 23,815 mln. manat təşkil edib.

Bu müddət ərzində bankın müştərilərinin sayı 5,3 dəfə artaraq 1 497, o cümlədən fiziki şəxslərin sayı 6,2 dəfə artaraq 1,185, hüquqi şəxslərin sayı isə 3,4 dəfə artaraq 312 olub.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən «Bank VTB Azərbaycan» ASC-yə bank lisenziyası 2009-cu il martın 19-da verilib. Bankın səhmdarları sırasında «VTB Bank» ASC-nin payı 51%, «AtaHolding» Şirkətlər Qrupunun payı 48,99%, fiziki şəxslərin payı isə 0,01% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR