Bank Of Baku

«Paşa Həyat Sığorta» şirkəti yeni sığorta növlərinin tətbiqinə başlayıb

«Paşa Həyat Sığorta» şirkəti yeni sığorta növlərinin tətbiqinə başlayıb
# 20 may 2011 14:34 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Həyat Sığorta» şirkəti üç yeni sığorta xidmət növünün tətbiqinə başlayıb. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədr müavini Niyaz İsmayılov bildirib.

N.İsmayılovun sözlərinə görə, artıq may ayından etibarən şirkət «Sağalmaz xəstəliklərin sığortası» və «Əmək qabiliyyətinin itirilməsi hallarının sığortası» növləri üzrə xidmət göstərməyə başlayıb. «Sağalmaz xəstəliklərin sığortası» növü üzrə sığortalandığı vaxtdan 3 ay sonra müştəridə insult, infakt və xərçəng xəstəlikləri aşkar edilərsə, bu halda şirkət tərəfindən həmin müştərilərə sığorta təminatı veriləcək», - deyə şirkət rəsmisi bildirib.

Bundan başqa, «Əmək qabiliyyətinin itirilməsi hallarının sığortası» növü üzrə sığortalanan şəxs iş yerində və ya digər yerdə xəsarət alması nəticəsində, həmçinin yaşlandıqda belə özünə qulluq edə bilmədikdə şirkət həmin sığortalıya təminat verir.

N.İsmayılov bildirib ki, iyun ayının 15-dən etibarən şirkət «Həyatın yaşam sığortası» növününün də tətbiqinə başlayacaq. Bu xidmət sığorta müqaviləsinin müddəti bitdiyi halda sığortalıya sığorta haqqının məbləğinə hesablanan müəyyən faizlərin (5-10%) ödənilməsini nəzərdə tutur.

Xatırladaq ki, hazırda şirkət 1 icbari və 4 könüllü sığorta növü üzrə xidmət göstərir.

Qeyd edək ki, «Paşa Həyat Sığorta» şirkəti 2010-cu ilin noyabrın 24-də dövlət qeydiyyatına alınıb, bu ilin fevralın 14-də isə sığorta fəaliyyətinə lisenziya (5 illik) alıb. Cari ilin martın 1-nə şirkətin nizamnamə kapitalı 7 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR