Bank Of Baku

Azərbaycan Sığortaçılar Assosiasiyasının başçısı İstanbulda keçirilən sammitdə iştirak edir

Azərbaycan Sığortaçılar Assosiasiyasının başçısı İstanbulda keçirilən sammitdə iştirak edir
# 23 may 2011 09:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün İstanbulda (Türkiyə) «Türk sığorta sektoru modeli» mövzusunda sığorta sammiti işə başlayıb. «APA-Economics»in məlumatına görə, tədbirdə Yaxın Şərq, Mərkəzi Asiya, Balkan və Şimali Afrika ölkələrinin ictimai və özəl sektorun təmsilçiləri iştirak edirlər.

Mayın 24-dək davam edəcək forumun keçirilməsində məqsəd Türkiyədə yaradılmış yeni sığorta sisteminin tanıdılmasıdır. Toplantı Türkiyə Dövlət Nazirliyi və baş nazirinin müavininin himayəçiliyi ilə Sığortaçılıq Təhsil Mərkəzi tərəfindən təşkil olunub.

Qeyd edək ki, tədbirdə ölkəmizi Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Azər Əliyev təmsil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR