Bank Of Baku

«Dəmirbank» xaricdən yeni kredit cəlb edib

«Dəmirbank» xaricdən yeni kredit cəlb edib
# 23 may 2011 10:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC 3 mln. ABŞ dolları həcmində vəsaitin cəlb edilməsinə dair Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə kredit müqaviləsi imzalayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, 5 il müddətinə imzalanan kredit müqaviləsinə əsasən, tərəflər Azərbaycanda orta sahibkarlığın birgə maliyyələşdirilməsini həyata keçirəcəklər. Bu müqavilə üzrə AYİB hər bir layihənin dəyərinin 50%-ni birbaşa maliyyələşdirəcək.

Qeyd edək ki, «Dəmirbank» kredit proqramları üzrə 20-dən çox beynəlxalq təşkilatla (AYİB, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, Hollandiya İnkişaf Maliyyə Şirkəti, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Alman-Azərbaycan Fondu, DEG İnvestisiya Şirkəti və s.) əməkdaşlıq edir.

Xatırladaq ki, «Dəmirbank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti daxildir. Hazırda bankın 30 filialı, 50 bankomatı və 245 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR