Bank Of Baku

Beynəlxalq Valyuta Fondunun yeni icraçı direktoru iyunun 30-dək seçiləcək

Beynəlxalq Valyuta Fondunun yeni icraçı direktoru iyunun 30-dək seçiləcək
# 23 may 2011 12:20 (UTC +04:00)
Bakı - APA-Economics. Beynəlxalq Valyuta Fondunun (BVF) hazırda boş olan icraçı direktoru vəzifəsinə seçkilər iyunun 30-dək keçiriləcək.

APA-Economics”in BBC-yə istinadən xəbərinə görə, BVF-nin direktor əvəzi Con Lipski bildirib ki, seçkilər açıq və şəffaf olacaq.

Onun sözlərinə görə, BVF üzvü olan ölkələrin namizədlərlə bağlı təklifləri ciddi şəkildə öyrəniləcək.

Qeyd edək ki, BVF-nin icraçı direktoru Dominik Stross-Kan mayın 19-da istefa verib. 62 yaşlı Dominik Stross-Kan mayın 14-də Nyu-Yorkun Kennedi hava limanında həbs olunub. O, qaldığı “Sofitel” hotelində 32 yaşlı xidmətçi qadını zorlamaq cəhdində ittiham olunur. Qadın qaçaraq canını qurtara bilib və olay barədə hotel əməkdaşlarına məlumat verib. BVF rəhbəri isə hoteli tələsik tərk etməli olub. Bu səbəbdən mobil telefonunu və digər şəxsi əşyalarını öz nömrəsində unudub. Parisə uçmağa hazırlaşarkən isə hava limanında həbs edilib. Mayın 21-də Dominik Stross-Kan girov müqabilində həbsdən azad edilib. O, 2012-ci ildə Fransada keçiriləcək prezident seçkilərində ən şanslı namizədlərdən sayılırdı.

Hazırda BVF rəhbəri postuna potensial namizədlər Fransanın maliyyə naziri Kristin Laqard, Almaniya Mərkəzi Bankının sabiq başçısı Aksel Veber, Qazaxıstan Mərkəzi Bankının sədri Qriqori Marçenko və uzun illər BVF-də çalışmış türkiyəli Kamal Dərvişdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR