Bank Of Baku

Azərbaycanın vergi orqanlarına işə qəbulla bağlı test imtahanı keçirilib

Azərbaycanın vergi orqanlarına işə qəbulla bağlı test imtahanı keçirilib
# 23 may 2011 12:53 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Mayın 22-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) vergi xidməti orqanlarına işə qəbulla bağlı test imtahanları keçirib.

Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, imtahanda iştirak etmək üçün elektron ərizə ilə müraciət edən 1783 nəfərin 1618-nin sənədləri qəbul olunub, imtahanda 1274 nəfər iştirak edib.

Bakı Dövlət Universitetinin auditoriyalarında təşkil edilən imtahanın nəticələri haqqında məlumat elə həmin gün www.tqdk.gov.az saytında yerləşdirilib. Test imtahanında 82 namizəd 100 ballıq sistem üzrə 80 baldan yuxarı nəticə göstərib, ən yüksək nəticə 94 bal olub.

Xatırladaq ki, işə qəbul prosesinin növbəti mərhələsi test imtahanında uğur qazanmış namizədlərin müsabiqə komissiyası tərəfindən müsahibədən keçirilməsidir. Test imtahanında 70-dən çox bal toplamış 290 nəfər iyun ayında müsabiqənin növbəti mərhələsində - Vergilər Nazirliyinin aparatında keçiriləcək müsahibədə öz qüvvələrini sınamaq imkanı qazanıb. Bu mərhələdən də uğurla keçən namizədlər vergi orqanlarında işlə təmin olunmaq imkanı əldə edəcəklər.

Müsahibənin dəqiq vaxtı və nəticələri barədə Vergilər Nazirliyinin rəsmi internet saytında (www.taxes.gov.az) və kütləvi informasiya vasitələrində məlumat veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR