Bank Of Baku

Belarus milli valyutasını devalvasiya edib

Belarus milli valyutasını devalvasiya edib
# 24 may 2011 07:53 (UTC +04:00)
Bakı - APA-Economics. Belarus Mərkəzi Bankı yerli rublu devalvasiya edib. “APA-Economics”in xəbərinə görə, Mərkəzi Bankın bu gün üçün açıqladığı xarici valyutaların rəsmi kursundan məlum olub ki, Belarus rublu 55% devalvasiya olunub.

Mayın 23-də 1 ABŞ dolları 3155 Belarus rubluna bərabər olduğu halda, mayın 24-də bu kurs 4930 rubl olub. Avronun kursu 4516,38 rubldan 6914,82 rubla, Rusiya rublunun kursu 113,02 rubldan 173,95 rubla yüksəlib.

Xatırladaq ki, bu ilin əvvəlindən Belarusda valyuta böhranı yaşanır. Buna səbəb milli valyutanın devalvasiyasından ehtiyatlanan yerli əhalinin dollar və avro almağı sürətləndirməsidir. Nəticədə hökumət ölkənin qızıl-valyuta ehtiyatlarının əhəmiyyətli hissəsini valyutaya olan tələbatın ödənilməsinə yönəltməyə, eləcə də valyuta sövdələşmələrinə məhdudiyyət tətbiq etməyə məcbur olub, ölkənin valyutadəyişmə məntəqələrində növbələr yaranıb.

Qeyd edək ki, devalvasiya - pul vahidinin qızıl məzmununun rəsmi azalması, yaxud milli valyutanın qızıla, gümüşə, xarici valyutaya görə məzənnəsinin aşağı düşməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR