Bank Of Baku

Azərbaycanda kredit reyestrinə müraciətlərin sayı I rübdə 2,5 dəfə artıb

Azərbaycanda kredit reyestrinə müraciətlərin sayı I rübdə 2,5 dəfə artıb
# 24 may 2011 11:47 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) xidmətlərindən 41 bank istifadə edib. MKR-dən «APA-Economics»ə verilən məlumata görə, bu dövr ərzində reyestrə 95 418, o cümlədən banklar tərəfindən potensial borcalanları üzrə 81 379 sorğu daxil olub. Ötən ilin eyni dövrü ilə müqayisədə MKR-ə ünvanlanmış sorğuların sayı 2,5 dəfə artıb. Kredit tarixçəsi borcalanların özünü də maraqlandırmağa başlayıb – dövr ərzində 165 şəxs (2010-uc ildə – 78 şəxs) öz kredit hesabatını əldə etmək məqsədilə Reyestrə müraciət edib.

Birinci rübün yekunlarına əsasən, MKR-də haqqında məlumat toplanan borcalanların sayı 1 023 215-ə, kredit məlumatlarının sayı isə 2 024 935-ə çatıb. MKR-də 471 197 nəfər zamin qeydiyyata alınıb.

Xatırladaq ki, 2005-ci ildən fəaliyyətə başlayan MKR-ə 2005-ci ildə 319, 2006-cı ildə 5 302, 2007-ci ildə 12 966, 2008-ci ildə 13 260, 2009-cu ildə 74 393, 2010-cu ildə 257 045 sorğu göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR