Bank Of Baku

«Sığortalı gələcək» layihəsi çərçivəsində seminarlara başlanıb

«Sığortalı gələcək» layihəsi çərçivəsində seminarlara başlanıb
# 26 oktyabr 2011 14:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanda «Sığortalı gələcək» layihəsi çərçivəsində seminarlara start verilib.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, layihə çərçivəsində həyata keçirilən ilk seminarda 30-dan çox gənc iştirak edib.

Seminarda sığorta anlayışı, onun tarixi, növləri, Azərbaycanın sığorta bazarı, təkrar sığorta və s. mövzulara toxunulub, eyni zamanda iştirakçılara “İcbari sığorta haqqında” qanun barədə də məlumat verilib. Sığorta barədə dolğun informasiyaya yiyələnən seminar iştirakçıları arasında simulyasiya oyunları keçirilib. Bu oyunlarda fəallığı ilə seçilən iştirakçılar mükafatlandırılıb.

«Sığortalı gələcək» layihəsi çərçivəsində belə seminarların 1 ay müddətində, həftədə bir dəfə olmaqla, şənbə günləri keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin «İRƏLİ» İctimai Birliyi ilə birgə həyata keçirdiyi «Sığortalı gələcək» layihəsinin əsas məqsədi əhali, xüsusilə gənclər arasında sığorta ilə bağlı maarifləndirmə işinin aparılması, əhali arasında sığorta mədəniyyətinin yüksəldilməsi, cəmiyyətin diqqətinin sığorta məsələlərinə çəkilməsi, sığorta işinin əhaliyə daha fərqli üsullarla çatdırılmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR