Bank Of Baku

Dünya Bankının Azərbaycana investisiyaları 2 dəfə artıb

Dünya Bankının Azərbaycana investisiyaları 2 dəfə artıb
# 27 oktyabr 2011 07:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Dünya Bankı (DB) tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyaların həcmi 136 500,1 min manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə DB tərəfindən yatırılan investisiyanın həcmi əvvəlki ilin analoji dövrünə nisbətən 2,3 dəfə artıb. Hesabat aylarında xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş xarici investisiyanın həcmində DB-nın investisiyalarının xüsusi çəkisi 7,7% təşkil edib.

Qeyd edək ki, Azərbaycan DB ilə 1992-ci ildən əməkdaşlıq edir. Hazırda Bankın Azərbaycanda 18 layihə üzrə aktiv portfeli 2,2 mlrd. dollar təşkil edir. DB Azərbaycanda icra olunan «Abşeron yarımadasında neftlə çirklənmiş ərazilərin təmizlənməsi», «Dəmir yolu və ticarətin dəstəklənməsi», «Korporativ və dövlət sektorlarında mühasibatlıq», «Azərbaycanda magistral avtomobil yollarının yenidən qurulması», «Azərbaycan maliyyə sisteminin modernləşməsi», «Milli su təchizatı və kanalizasiya xidmətləri» və bir sıra digər layihələri maliyyələşdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR