Bank Of Baku

İsveçrənin dövlət müşaviri: Azərbaycan dinamik inkişaf edən yaxşı tərəfdaşdır

İsveçrənin dövlət müşaviri: Azərbaycan dinamik inkişaf edən yaxşı tərəfdaşdır
# 27 oktyabr 2011 07:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan dinamik inkişaf edən yaxşı tərəfdaşdır. “APA-Economics”in xəbərinə görə, bu barədə İsveçrə Konfederasiyasının dövlət müşaviri, Cenevrə kantonunun iqtisadiyyat və səhiyyə naziri Pyer-Fransua Unqer bildirib.

Onun sözlərinə görə, hazırda İsveçrə Azərbaycan Dövlət Neft Şirkəti və “Qaradağ Sement” ASC ilə əməkdaşlıq edir: “Digər sahələrdə də əməkdaşlıq etmək niyyətindəyik”.

Pyer-Fransua Unqer Azərbaycanla əməkdaşlıq edə biləcəkləri sahələr arasında sənaye, parfümeriya, səhiyyə və təhsil sahələrinin adını çəkib: “Bu sahələrdə Azərbaycanla təcrübəmizi bölüşə bilərik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR