Bank Of Baku

Dekabrda Azərbaycan-İsveçrə hökumətlərarası komissiyasının iclası keçiriləcək

Dekabrda Azərbaycan-İsveçrə hökumətlərarası komissiyasının iclası keçiriləcək
# 27 oktyabr 2011 07:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dekabrda Bakıda Azərbaycan-İsveçrə iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının iclası keçiriləcək. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirib.

N.Səfərov qeyd edib ki, hazırda iki ölkə arasında əlaqələr artan dinamika üzrə inkişaf edir. «Potensial çox böyükdür. Ticarət dövriyyəsi artan dinamika ilə inkişaf edir. Dekabrda keçiriləcək hökumətlərarası komissiyasının iclası Azərbaycan və İsveçrə arasında əlaqələrin inkişafında müsbət rol oynayacaq», - deyə nazir müavini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR