Bank Of Baku

Yunanıstanın 100 mlrd. avrodan çox dövlət borcu silinib

Yunanıstanın 100 mlrd. avrodan çox dövlət borcu silinib
# 27 oktyabr 2011 08:05 (UTC +04:00)
APA-Economics”in “Agence France-Presse”yə istinadən xəbərinə görə, Fransa prezidenti Nikola Sarkozi bildirib ki, bu razılaşma Yunanıstan hökumətinin özəl banklar qarşısındakı 210 mlrd. avro həcmində olan öhdəliklərinin 100 mlrd. avrodan çox hissəsini silməyə imkan verəcək. Ölkənin ümumi dövlət borcunun həcmi isə 350 mlrd. avro təşkil edir.

N.Sarkozi Avropa Maliyyə Sabitliyi Fondunun (EFSF) 400 mlrd. avrodan 3 trln. avroya qədər artırıldığını da rəsmən təsdiqləyib.

Avropa Şurasının prezidenti Herman van Rompey isə bəyan edib ki, Avropa İttifaqı və Beynəlxalq Valyuta Fondu (BVF) Yunanıstana 100 mlrd. avro həcmində yeni maliyyə yardımı ayırmaq qərarına gəlib.

Aİ liderləri həmçinin iri bankların təkrar kapitallaşması barədə də razılığa gəliblər.

Xatırladaq ki, avrozonada böhran 2009-cu ildə Yunanıstandan başlayıb. Sonradan böhran İtaliya, İspaniya və Portuqaliyanı da əhatə edib. Avropa İttifaqının “zəif bəndi” sayılan Yunanıstanın dövlət borcu Avropanın bütün vergi ödəyiciləri üçün ağır yükə çevrilib. Hesablamalara görə, hər bir avropalı dolayı yolla Afinaya 535 avro kömək edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR