Bank Of Baku

Bakıda MDB ölkələri Vergi təhqiqatları orqanları rəhbərlərinin Əlaqələndirmə Şurasının iclası keçirilir - FOTOSESSİYA

Bakıda MDB ölkələri Vergi təhqiqatları orqanları rəhbərlərinin Əlaqələndirmə Şurasının iclası keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 27 oktyabr 2011 08:41 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, toplantıda çıxış edən Azərbaycanın vergilər nazirinin müavini Namiq Əliyev Vergilər Nazirliyinin bu qurumla əməkdaşlığı barədə məlumat verib. N.Əliyev bildirib ki, hazırda bütün dünyada iqtisadi və maliyyə cinayətkarlığının səviyyəsi həddən artıq çoxalıb. Bu baxımdan bu hallara qarşı MDB çərçivəsində mübarizənin əhəmiyyəti də böyüyüb.

Daha sonra Rusiya daxili işlər nazirinin müavini İqor Alyoşin Əlaqələndirmə Şurasının sədri seçilib.

Tədbirdə MDB məkanında iqtisadi təhlükəsizliyin qorunmasında Şuranın rolu, 12-ci iclasda qəbul edilən qərarların icrası, korrupsiya ilə mübarizədə MDB ölkələri vergi (təhqiqat) orqanlarının fəaliyyətlərinin təkmilləşdirilməsi, eləcə də bu orqanların cinayətkarlıqla mübarizə, birgə xüsusi əməliyyatlar və nəzarət axtarış fəaliyyətlərinin həyata keçirilməsi sahəsində fəaliyyəti müzakirə olunub.

Bundan başqa, iclasda Şuranın əsasnaməsinə dəyişikliyin edilməsi ilə bağlı hökumət başçıları şurasının qərarının layihəsinə və MDB iştirakçısı olan dövlətlərin cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq edən strukturlarının rəhbərlərinin daimi əsasda fəaliyyət göstərən Əlaqələndirmə Müşavirəsinin yaradılması və həmin müşavirənin əsasnaməsinin təsdiq edilməsi barədə qərar layihəsinə baxılıb.

Müzakirə olunan əsas məsələlər sırasında əqli mülkiyyət hüquqlarının qorunması problemləri, saxta və keyfiyyətsiz malların dövriyyəsinin qarşısının alınması, eləcə də keyfiyyətli məhsulların istehsalını təşviq edən tədbirlərin hazırlanması da yer alıb.

Tədbirdə Azərbaycan, Rusiya, Belarus, Ukrayna, Moldova, Qazaxıstan, Qırğızıstan, Tacikistan, həmçinin müşahidəçi qismində Litva və Latviyanın vergi və hüquq-mühafizə orqanlarının rəhbər vəzifəli şəxsləri iştirak edirlər.

Qeyd edək ki, Şuranın fəaliyyət göstərdiyi 10 ildə vergidən yayınma, ƏDV-nin ödənilməsi, alkoqol və tütün məmulatlarının idxalı ilə bağlı Azərbaycana 102 sorğu daxil olub. Bunlar Rusiya, Ukrayna, Belarus və Qazaxıstandan olub. Bu əməkdaşlıq nəticəsində vergi pozuntularına yol verənlərin tapılıb istintaqa cəlb edilməsi də mümkün olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR