Bank Of Baku

“Visa” ödəniş sisteminin xalis mənfəəti 23% artıb

“Visa” ödəniş sisteminin xalis mənfəəti 23% artıb
# 27 oktyabr 2011 09:58 (UTC +04:00)
Bakı - APA-Economics. “Visa” ödəniş sisteminin xalis mənfəəti sentyabrın 30-da başa çatan 2010-2011-ci maliyyə ilində 23% artaraq 3,65 mlrd. dollara çatıb. “APA-Economics”in şirkətin yaydığı açıqlamaya istinadən xəbərinə görə, bir il əvvəl bu göstərici 2,97 mlrd. dollar olub.

Hesabat dövründə ödəniş operatorunun əməliyyat mənfəəti 18,9% artaraq 4,59 mlrd. dollardan 5,46 mlrd. dollara yüksəlib. “Visa”nın məcmu gəlirləri isə 14% artaraq 8,07 mlrd. dollardan 9,19 mlrd. dollara çatıb.

Bu ilin IV rübündə şirkətin xalis mənfəəti 880 mln. dolar olub ki, bu da bir il əvvəlki göstəricidən (774 mln. dollar) 13,6% çoxdur. Əməliyyat mənfəəti 22,3% artaraq 1,36 mlrd. dollara, ümumi gəlir isə 12,5% artaraq 2,38 mlrd. dollara yüksəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR