Bank Of Baku

«Bank SilkWay» son bir ildə aktivlərini 91% artırıb

«Bank SilkWay» son bir ildə aktivlərini 91% artırıb
# 27 oktyabr 2011 10:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank SilkWay» ASC-nin aktivlərinin həcmi 2011-ci il oktyabrın 1-nə 95,646 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 91% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 4,7 dəfə artaraq 39,697 mln. manata, o cümlədən müddətli depozitlər 4,1 dəfə artaraq 12,992 mln. manata, tələb olunanadək depozitlərin həcmi 5 dəfə artaraq 26,705 mln. manata, əhalinin əmanətləri isə 4,8 dəfə artaraq 12,761 mln. manata çatıb.

Bankın kredit portfeli 8% azalaraq 31,558 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 20% artaraq 5,424 mln. manat, 12 ayadək verilmiş kreditlər 19% azalaraq 13,781 mln. manat, 12 aydan artıq müddətə verilmiş kreditlər 2,5% artaraq 17,777 mln. manat olub. Eyni zamanda, bankın məcmu kapitalı 16% artaraq 39,898 mln. manat, o cümlədən nizamnamə kapitalı 9% artaraq 35,090 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir il ərzində bankın məcmu gəlirləri 46% artaraq 7,817 mln. manat, o cümlədən faiz gəlirləri 29% artaraq 4,955 mln. manat, qeyri-faiz gəlirləri 90% artaraq 2,862 mln. manat təşkil edib.

Eyni zamanda, xərclər təxminən 68% artaraq 3,853 mln. manata, o cümlədən faiz xərcləri 25% artaraq 939 min manata, qeyri-faiz xərcləri 88% artaraq 2,839 mln. manata çatıb. Nəticədə, son bir ildə bankın mənfəəti 2,3 dəfə artaraq 3,955 mln. manat təşkil edib.

Xatırladaq ki, «Bank SilkWay» ASC 1993-cü ildə «Azal Bank» kimi yaradılıb. Bankın respublika üzrə 8 filialı, 19 bankomatı və 34 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR