Bank Of Baku

Praqada Çexiya-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçiriləcək

Praqada Çexiya-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçiriləcək
# 27 oktyabr 2011 13:02 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA. Noyabrın 14-15-də Praqada Çexiya-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək. Bu barədə APA-ya Çexiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfirlikdən bildirilib ki, iclas zamanı Azərbaycan və Çexiya arasında iqtisadi-ticarət əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri, habelə sərmayələrin təşviqi yolları müzakirə ediləcək. Komissiyanın Çexiya tərəfindən həmsədri sənaye nazirinin müavini Milan Hovarka, Azərbaycan tərəfindən isə iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərovdur.

Səfirlikdən həmçinin qeyd ediblər ki, bu gün Praqada komissiyanın Çexiya tərəfindən olan üzvlərinin toplantısı keçiriləcək və bu toplantıda komissiyanın iclasına hazırlıq məsələləri müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR