Bank Of Baku

Azərbaycanda sığortaçılar üçün keçirilən son imtahanın nəticələri açıqlanıb

Azərbaycanda sığortaçılar üçün keçirilən son imtahanın nəticələri açıqlanıb
# 27 oktyabr 2011 15:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq üçün növbəti test imtahanı keçirilib.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, test imtahanında iştirak etmiş 9 nəfər rəhbər vəzifəyə namizəd olan şəxslərdən qeyd olunan qaydalara uyğun olaraq təqdim olunmuş 100 test sualının ən azı 70-nə düzgün cavab vermiş 5 iştirakçı, sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən 18 nəfər fiziki şəxslərdən isə 5 nəfəri imtahandan müvəffəqiyyətlə keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR