Bank Of Baku

Azərbaycanda auditorların ixtisasartırma kursu üzrə növbəti imtahan keçirilib

Azərbaycanda auditorların ixtisasartırma kursu üzrə növbəti imtahan keçirilib
# 27 oktyabr 2011 15:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Auditorlar Palatası tərəfindən auditorların ixtisasartırma kursunun I və II qrupları üzrə növbəti imtahan keçirilib.

Palatadan «APA-Economics»ə verilən məlumata görə, testin nəticələri ilə bağlı İxtisasartırma Komissiyasının protokoluna əsasən, imtahanla bağlı müraciət edənləri sayı 73 nəfər olub. Bunlardan 59 nəfəri imtahanda iştirak edib, 14 nəfər isə ümumiyyətlə imtahanda iştirak etməyib. Protokolda 47 nəfərin test imtahanından keçdiyi, 12 nəfərin isə bu imtahandan uğurla keçmədiyi qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR