Bank Of Baku

«NBC Bank»ın aktivləri son bir ildə 22% artıb

«NBC Bank»ın aktivləri son bir ildə 22% artıb
# 28 oktyabr 2011 07:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «NBC Bank» ASC-nin aktivlərinin həcmi 2011-ci il oktyabrın 1-nə 58,276 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 22% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 23% artaraq 49,953 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 7,3% artaraq 38,513 mln. manat, 12 ayadək verilmiş kreditlər 2,1 dəfə artaraq 15,009 mln. manat, 12 aydan artıq müddətə verilən kreditlər 4,3% azalaraq 34,945 mln. manat, vaxtı keçmiş kreditlər isə 40% azalaraq 3,037 mln. manat olub.

Bu müddət ərzində bankın depozit portfeli 2,1 dəfə genişlənərək 19,111 mln. manata, o cümlədən əhalidən cəlb edilən əmanətlərin həcmi 2,2 dəfə artaraq 17,386 mln. manata, müddətli depozitlər 2,2 dəfə artaraq 17,779 mln. manata, tələb olunanadək depozitlər isə 37% artaraq 1,332 mln. manata çatıb.

Həmçinin, bankın məcmu kapitalı 4,8% artaraq 18,110 mln. manat, o cümlədən nizamnamə kapitalı 2% artaraq 16,390 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir ildə bankın ümumi gəlirləri 13% azalaraq 5,899 mln. manat, xərcləri isə 18% azalaraq 5,510 mln. manat olub. Nəticədə, bankın mənfəəti 389 min manat təşkil edib ki, bu da 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 4,5 dəfə çoxdur.

Xatırladaq ki, «NBC Bank» ASC 1992-ci ilin dekabrından «Ruzi» Kommersiya Bankı adı ilə fəaliyyətə başlayıb. Cari il oktyabr ayının 1-nə bankın ölkə üzrə 8 filialı, 9 bankomatı və 44 POS-terminalı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR