Bank Of Baku

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun sığorta ehtiyatları 39 mln. manatı ötüb

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun sığorta ehtiyatları 39 mln. manatı ötüb
# 28 oktyabr 2011 09:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Əmanətlərin Sığortalanması Fondu iştirakçı banklardan III rübün təqvim haqlarını toplayıb. Fonddan «APA-Economics»ə verilən məlumata görə, təqvim haqları 1,308 mln. manat, 1,453 mln. dollar və 193 min avro təşkil edib. İştirakçı bankların sayı 43 olan Əmanətlərin Sığortalanması Fondunun sığorta ehtiyatları 39,3 mln. manat təşkil edir.

Ümumilikdə, fiziki şəxslərin üzv banklarda olan cəmi əmanətləri 3 539 mln. manat, o cümlədən qorunmayan əmanətlər 1 414 mln. manat, qorunan əmanətlər isə 2 125 mln. manat təşkil edir. Qorunan əmanətçilərin sayı isə 5 542 397 nəfərdir.

Qeyd edək ki, bankların illik 12%-dən yuxarı faiz dərəcəsi ilə cəlb etdiyi əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir. Hazırda kompensasiya məbləğinin maksimum həddi 30 min manatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR