Bank Of Baku

Azərbaycan Vergilər Nazirliyində BVF nümayəndəsi ilə görüş keçirilib

Azərbaycan Vergilər Nazirliyində BVF nümayəndəsi ilə görüş keçirilib
# 28 oktyabr 2011 09:55 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Vergilər Nazirliyində Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya Ölkələri Departamentinin baş iqtisadçısı xanım Mariya Albino-Uoru ilə görüş keçirilib. Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, vergilər nazirinin birinci müavini Natiq Əmirov son dövrlərdə ölkədə vergi sistemində aparılan islahatlar və bu sahədə əldə olunan uğurlar haqqında məlumat verib.

BVF-nin nümayəndəsi Mariya Albino-Uor Azərbaycanla əməkdaşlıqdan danışıb, ölkədə vergi inzibatçılığının təkmilləşdirilməsi və elektron xidmətlərin tətbiqinin genişləndirilməsi sahəsində əldə olunan nəticələrin müsbət olduğunu bildirib.

Görüşdə innovativ inkişaf üçün əlverişli mühitin qurulması, vergi ödəyiciləri ilə vergi orqanları arasında kontaktların minimuma endirilməsi, vergi ödəyiciləri tərəfindən öhdəliklərə könüllü əməl edilməsi üçün əlverişli şəraitin yaradılması və inzibatçılıq xərclərinin azaldılması, vergi güzəştləri ilə bağlı gələcəkdə görüləcək işlər və qarşıya qoyulmuş məqsədlər ətrafında müzakirələr, Vergi Məcəlləsinə edilən dəyişikliklər, vergi inzibatçılığı üzrə texniki yardım missiyasının əsas nəticələri və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR