Bank Of Baku

«Dəmirbank»ın plastik kart sahibləri UEFA Çempionlar Liqasının oyununu canlı izləyə bilcək

«Dəmirbank»ın plastik kart sahibləri UEFA Çempionlar Liqasının oyununu canlı izləyə bilcək
# 28 oktyabr 2011 11:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC-nin «Maestro» və «MasterCard» kartlarının sahibləri «MasterCard-la alış-veriş et, UEFA Çempionlar Liqasının oyununu canlı izlə!» adlı lotereyada iştirak edirlər. Bankdan «APA-Economics»ə verilən məlumata görə, kampaniya çərçivəsində noyabrın 9-dək «Maestro» və «MasterCard» kartları ilə yerli və beynəlxalq alış-veriş zamanı POS-terminallar və ya internetdən (elektron ticarət) istifadə etməklə ödənişlər həyata keçirən müştərilər qalib olmaq şansı qazanır.

İstənilən «MasterCard Standard» və «Maestro» kart sahibləri tərəfindən yerli və beynəlxalq alış-veriş zamanı xərclənmiş hər bir 10 manat məbləği 1 uduş şansına malik olur, «MasterCard Gold» və «MasterCard Platinum» (eləcə də virtual kartların) sahibləri tərəfindən xərclənmiş hər bir 5 manat məbləği 1 uduş şansına malik olur. Şansların sayı müəyyən edildikdə xarici valyuta ilə alış-veriş məbləği manata konvertasıya edilir. Müştərilərin nağd pul çıxarışları və virtual pullarla əməliyyatları lotereyada iştirak etmir.

Lotereyanın uduş fondu 1 ədəd ikinəfərlik hədiyyə paketindən ibarətdir. Hədiyyə paketinə UEFA Çempionlar Liqasının dekabrın 7-də Amsterdamda keçiriləcək «Ayaks» – «Real» (Madrid) oyununa 2 dəvətnamə, Amsterdamda 4 ulduzlu oteldə 1 gecəlik ikinəfərlik otaq və 2 ədəd Bakı-Amsterdam–Bakı aviabileti daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR