Bank Of Baku

Azərbaycanda dövlət ipoteka kreditləşməsi azalıb

Azərbaycanda dövlət ipoteka kreditləşməsi azalıb
# 06 yanvar 2012 08:09 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda İpoteka Fondunun (AİF) xətti ilə verilən kreditlərin həcmi 2011-ci ildə azalıb. AİF-dən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin dekabrında Azərbaycanda əhaliyə AİF-in xətti ilə 9,96 mln. manat həcmində ipoteka krediti verilib. Ümumilikdə, 2011-ci ildə AİF xətti ilə ayrılan kreditlərin həcmi 95,54 mln. manat olub ki, bu da 2010-cu ildəki göstəricidən 1,4% azdır.

Ümumilikdə, ipoteka kreditləşməsinin başlandığı 2006-cı ildən indiyədək AİF-in xətti ilə verilən ipoteka kreditlərinin həcmi 345,54 mln. manata çatıb. Nəticədə, 2012-ci il yanvarın 1-nə Azərbaycanda adambaşına düşən ipoteka kreditinin həcmi 37,8 manata çatıb. Müqayisə üçün bildirək ki, 2011-ci ilin əvvəlində bu rəqəm 27,2 manat, dekabrın 1-də 36,8 manat olub.

Dekabrda AİF tərəfindən 17,1 mln. manatlıq, ümumilikdə 2011-ci ildə isə 77 mln. manatlıq ipoteka krediti yenidən maliyyələşdirilib. İndiyədək verilən ipoteka kreditlərinin 260,97 mln. manatı və ya 75,65%-i təkrar maliyyələşdirilib.

Dekabr ayında dövlət büdcəsindən AİF-ə 2,11 mln. manat vəsait ayrılıb. Nəticədə, 2011-ci ildə büdcədən ipoteka məqsədləri üçün ayrılan məbləğ 20 mln. manata çatıb.

Dekabrda İpoteka Fondu 3 mln. manatlıq istiqraz buraxıb. Ümumilikdə, ötən il Fondun buraxdığı istiqrazların həcmi 77 mln. manata çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR