Bank Of Baku

Corc Soros: “Avropa Birliyinin süqutu qlobal maliyyə sistemi üçün faciə olacaq”

Corc Soros: “Avropa Birliyinin süqutu qlobal maliyyə sistemi üçün faciə olacaq”
# 06 yanvar 2012 13:25 (UTC +04:00)
Bakı - APA-Economics. Avrozonanın iflası və Avropa Birliyinin (AB) süqutu qlobal maliyyə sistemi üçün faciəvi nəticələr doğuracaq. “APA-Economic”in bu barədə dünya şöhrətli investor Corc Soros “Business Line” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu gün avro Avropanın siyasi bütövlüyü üçün potensial təhlükədir: “Ümumi valyutanı saxlamaq mümkün olmasa, bu, AB-nin süqutuna gətirib çıxaracaq. Bu isə təkcə Avropa üçün yox, həm də qlobal maliyyə sistemi üçün faciəvi nəticələr doğuracaq”.

C.Soros hesab edir ki, avrozonanın böhranı 2008-ci ilin qlobal maliyyə böhranından daha ciddi xarakter daşıyır.

Xatırladaq ki, avrozonada böhran 2009-cu ildə Yunanıstandan başlayıb. Sonradan böhran İtaliya, İspaniya, İrlandiya və Portuqaliyanı da əhatə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR