Bank Of Baku

Azərbaycanda bank kassa dövriyyəsi 25% artıb

Azərbaycanda bank kassa dövriyyəsi 25% artıb
# 06 yanvar 2012 13:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan bank sistemində kassa dövriyyəsinin mədaxil hissəsi 2011-ci ilin yanvar-noyabr aylarında 21,887 mlrd. manat, məxaric hissəsi isə 22,947 mlrd. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, kassa dövriyyəsinin mədaxil hissəsi ötən ilin yanvar-noyabr aylarına nisbətən 24,6%, məxaric hissəsi isə 25,1% artıb.

Beləliklə, yanvar-noyabr aylarının yekununda bank kassa dövriyyəsində 1,060 mlrd. manat həcmində mənfi saldo yaranıb və bu dövr ərzində 1,144 mlrd. manat həcmində pul emissiyası həyata keçirilib. Bu göstərici ötən ilin 11 aylıq göstəricisindən 46,7% çoxdur.

Bank kassa dövriyyəsinin mədaxilinin əsas hissəsi bankların hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə daxilolmalarının payına düşür. Belə ki, bu mənbədən bank kassalarına 13,052 mlrd. manat və ya ümumi mədaxilin 59,6%-i daxil olub. Digər mənbələr sırasında 5,055 mlrd. manat həcmində və ya xüsusi çəkisi 23,1% olan hüquqi şəxslərdən daxilolmaları, 2,013 mlrd. manat həcmində və ya xüsusi çəkisi 9,2% olan fiziki şəxslərdən daxilolmaları qeyd etmək olar.

Bank kassa dövriyyəsinin məxaric hissəsində hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə ödənişlərin payına 7,682 mlrd. manat və ya 33,5%, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslər üzrə ödənişlərin payına 7,785 mlrd. manat və ya 33,9%, bankomatlara pul qoyuluşunun payına 6,769 mlrd. manat və ya 29,5% düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR