Bank Of Baku

Azərbaycanda avronun məzənnəsi 18 aylıq minimuma enib

Azərbaycanda avronun məzənnəsi 18 aylıq minimuma enib
# 06 yanvar 2012 15:08 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, sonuncu dəfə belə məzənnə 2010-cu il iyulun 2-də müşahidə olunub:




Göründüyü kimi, həmin müddət ərzində avronun məzənnəsi üzrə böyük dəyişkənlik müşahidə olunub, bunun əsas səbəbi isə Avrozonada baş verən iqtisadi problemlərlə, ilk növbədə isə bir sıra Avropa dövlətlərində borc böhranının kəskinləşməsi ilə bağlıdır. Qeyd edək ki, həmin problemlər artıq Yunanıstan və İtaliyada hökumətin dəyişməsinə səbəb olub. Son hadisələrə, o cümlədən dünya bazarlarında avronun dollara qarşı məzənnəsinin 16 aylıq minimuma enməsinə gəldikdə, bunun səbəbi kimi borc böhranının genişlənməsi ehtimalları təsiri altında investorlar tərəfindən avro və avroda olan aktivlərin kütləvi şəkildə satılmasını qeyd etmək olar.

Beləliklə, Azərbaycanda avro manatla bərabərləşib. Hələlik bunun nə dərəcədə davamlı olduğunu proqnozlaşdırmaq çətindir, çünki Azərbaycanda avronun məzənnəsinin təyin edilməsi əsasən xarici amillərdən asılıdır. Qeyd edək ki, avronun dollara qarşı ucuzlaşması Azərbaycanda yalnız avronun manata qarşı ucuzlaşmasında əksini tapır və dolların manata qarşı məzənnəsinə təsir etmir. Bunun əsas səbəbi dolların avro ilə müqayisədə Azərbaycan iqtisadiyyatına daha güclü təsir imkanlarına malik olması ilə bağlıdır
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR