Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətinə vergi ödənişlərini əvəzləmək hüququ verilib

Azərbaycan Dövlət Neft Şirkətinə vergi ödənişlərini əvəzləmək hüququ verilib
# 07 yanvar 2012 08:13 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bundan sonra Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tabeliyində olan müəssisələrin vergi ödənişlərini əvəzləyə biləcək. «APA-Economics»in məlumatına görə, Nazirlər Kabinetinin müvafiq sərəncamı buna imkan verir.

Sərəncama əsasən, ARDNŞ-in strukturuna daxil olan müəssisələrin birinin dövlət büdcəsinə ödədiyi artıq vergi məbləği hesabına digər müəssisələrinin vergi borcu ARDNŞ-in müraciəti əsasında əvəzləşdirilə bilər.

Sənəddə bildirilir ki, sərəncamın verilməsində məqsəd ARDNŞ-in icraçısı olduğu müvafiq dövlət proqramları və beynəlxalq layihələr üzrə öhdəliklərin daxili imkanlar hesabına yerinə yetirilməsi üzrə tədbirlərin həyata keçirilməsi və strukturuna daxil olan qurumların ödənilmə vaxtı keçmiş və artıq ödənilmiş vergilər üzrə münasibətləri tənzimləyən mexanizmi optimallaşdırmaqdır.

Sərəncamda Vergilər Nazirliyinə bu sənəddən irəli gələn məsələləri həll etmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR