Bank Of Baku

Azərbaycanda AZIPS sistemi üzrə ödənişlərin həcmi noyabrda 8% artıb

Azərbaycanda AZIPS sistemi üzrə ödənişlərin həcmi noyabrda 8% artıb
# 09 yanvar 2012 07:55 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının Banklararası Milli Hesablaşmalar Sistemi (AZIPS) ilə həyata keçirdiyi ödənişlərin həcmi 2011-ci ilin noyabr ayında 7,906 mlrd. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, oktyabr ayı ilə müqayisədə bu göstərici 609 mln. manat və ya 8,3%, 2010-cu ilin noyabrına nisbətən isə 1,873 mlrd. manat və ya 31% artıb.

Noyabr ərzində ödənişlərin sayı 1 min və ya 2,7% artaraq 37 minə bərabər olub. Eyni zamanda, 2010-cu ilin noyabr ayı ilə müqayisədə ödənişlərin sayında daha iri artım müşahidə olunub. Belə ki, 2010-cu ilin noyabr ayı ərzində AZIPS ilə aparılan ödənişlərin sayı 29 min təşkil edib.

Noyabr ayında bir ödənişin ortalama həcmi 213,7 min manata bərabər olub ki, bu da əvvəlki aya nisbətən 5,4%, əvvəlki ilin noyabr ayına nisbətən isə 2,7% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR