Bank Of Baku

Azərbaycan Hesablama Palatası məsləhətçinin seçilməsi üçün müsabiqə keçirir

Azərbaycan Hesablama Palatası məsləhətçinin seçilməsi üçün müsabiqə keçirir
# 09 yanvar 2012 08:46 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Hesablama Palatası Korporativ və Dövlət Sektorunda Hesabatlılıq Layihəsi (CAPSAP) çərçivəsində məsləhətçi xidmətləri üzrə maraqların ifadə olunması üçün müraciət edib.

Hesablama Palatasının məlumatına görə, Palata bu layihə çərçivəsində İsveçrə hökumətindən qrant alıb və qrantın bir hissəsi bu müqavilədən irəli gələn məsləhətçi xidmətlərinin alınmasına sərf ediləcək. Belə ki, 24 ay davam edəcək xidmətlərə səmərəlilik auditi, risk-əsaslı maliyyə auditlərinin aparılması üzrə Palatanın potensialın artırılmasına, Palatanın hüquqi bazası standartlarının təkmilləşdirilməsinə yardım edilməsi, eləcə də Palatanın insan resursları və təlim praktikasının dəstəklənməsi daxildir. Bura səmərəlilik auditində təlim ehtiyaclarının qiymətləndirilməsi, bu sahədə təlimlər üçün konsepsiya, plan və tədris proqramlarının hazırlanması, səmərəlilik auditi üçün təlimatların hazırlanması, təlimlərin keçirilməsi və təlimçilərin təlimi üsulunun tətbiqi və s. aiddir. Məsləhət xidmətlərinə maliyyə auditinin digər büdcə təşkilatlarını da əhatə etməsi ilə bağlı strategiyanın hazırlanması, CAAT (kompüterin köməyi ilə audit alətləri) əsaslı maliyyə auditinin həyata keçirilməsi, bütün dövlət maliyyə idarəetməsinin auditi üzrə potensialın yaradılması da daxildir.

Müraciətdə Palata müvafiq beynəlxalq konsaltinq şirkətlərini və Ali Audit Qurumlarını (AAQ) bu xidmətlərin təmin edilməsində öz istəklərini bildirməyə dəvət edir.

Maraqlanan şirkətlər və ya AAQ-lar tələb olunan keyfiyyətlərə və xidmətləri yerinə yetirməkdə müvafiq təcrübəyə malik olduqlarını nümayiş etdirən məlumatlar təqdim etməlidir.

Seçim zamanı, son 8 il ərzində oxşar mürəkkəbliyi, məzmunu və vəzifələri olan ən azı 2 layihənin həyata keçirilməsi, birgə tərəfdaşlardan ən azı birinin inkişaf etmiş və ya yuxarı orta gəlirli ölkənin AAQ-ı olması, son 5 il ərzində regional təcrübə, INTOSAI-nin audit standartları əsasında dövlət müəssisələrinin maliyyə və səmərəlilik auditinin keçirilməsində böyük təcrübənin olması, Azərbaycan dilində ünsiyyət bacarığı kimi meyarlar nəzərə alınacaq.

İddiaçılar daha ətraflı məlumat üçün Hesablama Palatasına müraciət edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR