Bank Of Baku

«Zaminbank» müştərilərə konsyerj xidmətləri göstərməyə başlayıb

«Zaminbank» müştərilərə konsyerj xidmətləri göstərməyə başlayıb
# 09 yanvar 2012 09:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Zaminbank» ASC «Firstline Assistance» şirkəti ilə birgə konsyerj xidmətlərini təklif edir.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu xidmətlərdən «Zaminbank»ın «Platinum» və «Gold» plastik kartlarının sahiblərinin istifadəsi mümkündür.

Qeyd edək ki, bu xidmət çərçivəsində müştərilər il ərzində 24 saat ehtiyac duyduğu hər hansı bir məsələ, sual, ehtiyac və istəkləri ilə bağlı «Firstline Assistance»a zəng etməklə, bütün istəklərini dərhal həyata keçirə bilərlər.

Xidmətlərə restoranda masa rezervasiyası, yaxta kirayəsi, məhsulların çatdırılması, oteldə nömrənin bron edilməsi, taksi sifarişi, kimyəvi təmizlik xidmətləri, tədbirlərdə iştirak və s. daxildir.

Xatırladaq ki, «Zamin Bank» ASC 1992-ci ilin noyabrında yaradılıb. Bankın ölkə üzrə 35 filialı, həmçinin 6 şöbəsi, Rusiyada «Moskva» nümayəndəliyi, 37 bankomatı, 1 891 POS-terminalı və 595 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR