Bank Of Baku

«DəmirBank» xaricdən yeni kredit cəlb edib

«DəmirBank» xaricdən yeni kredit cəlb edib
# 09 yanvar 2012 09:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC Qara Dəniz Ticarət və İnkişaf Bankından əlavə maliyyə vəsaitinin cəlb olunmasına dair anlaşma müqaviləsi imzalayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, müqaviləyə əsasən, Qara Dəniz Ticarət və İnkişaf Bankı tərəfindən «DəmirBank»a 15 mln. ABŞ dolları məbləğində vəsait ayrılacaq.

Bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarovun sözlərinə görə, «DəmirBank» Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə 2006-cı ildən əməkdaşlıq edir: «Bu, tərəflər arasında bağlanılan 3-cü müqavilədir. Beş il müddətinə imzalanan bu müqavilə üzrə 15 mln. dollar məbləğində vəsait sahibkarlığın müxtəlif sahələrinə mikro, kiçik və orta həcmli biznes kreditlərinin verilməsinə yönəldiləcək. Ümumilikdə, 2011-ci il ərzində «DəmirBank»a beynəlxalq təşkilatlar tərəfindən digər müqavilələr üzrə təxminən 40 mln. dollar ayrılıb».

Xatırladaq ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR