Bank Of Baku

ABŞ İsveçrə bankına qarşı rəsmi ittiham irəli sürə bilər

ABŞ İsveçrə bankına qarşı rəsmi ittiham irəli sürə bilər
# 09 yanvar 2012 10:59 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-ın vergi orqanları ilə İsveçrənin “Wegelin & Co.” Bankı arasında qalmaqal yaranıb. “APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, banka qarşı rəsm ittihamlar irəli sürülə bilər.

Rəsmi Vaşinqton ehtimal edir ki, 1741-ci ildə əsası qoyulan “Wegelin & Co.” bank sirri haqqında müddəadan çıxış edərək amerikalı müştərilərinin vergidən yayınmasına şərait yaradıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ hökuməti ilə İsveçrənin UBS bankı arasında da analoji problemi yaranıb. Vaşinqton UBS-in vergidən yayınmaqda şübhəli bilinən amerikalı müştəriləri haqda məlumatların açıqlanmasını tələb edib. nəticədə İsveçrə parlamenti 15 iyun 2010-cu ildə qanunvericiliyə dəyişiklik etmək məcburiyyətində qalıb. Bundan sonra İsveçrənin “Credit Suisse” bankı da bir sıra amerikalı müştəriləri haqqında məlumatları rəsmi Vaşinqtona ötürüb.

Qeyd edək ki, İsveçrə bank sirri haqqında qanunu 1935-ci ildə qəbul edib. ABŞ qanunvericiliyi isə vətəndaşların üzərinə xarici hesablarda 10 min dollardan artıq pulu olan vətəndaşları vergi orqanına hesabat vermək öhdəliyi qoyur. Bu qanunu pozanlar qeydiyyata salmadıqları vəsaitin 50%-i həcmində cərimə olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR