Bank Of Baku

Azərbaycanda mərkəzləşdirilmiş kreditləşmə prosesi zəifləyir

Azərbaycanda mərkəzləşdirilmiş kreditləşmə prosesi zəifləyir
# 09 yanvar 2012 13:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən ölkədə fəaliyyət göstərən kommersiya banklarına verilən mərkəzləşdirilmiş kreditlərin ümumi portfeli 2011-ci il dekabrın 1-nə 1,996 mlrd. manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19,8% çoxdur.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, ilin əvvəlindən bu göstərici 7,2% artıb. Noyabr ayında isə mərkəzləşdirilmiş kreditlər portfelinin həcmində heç bir dəyişiklik olmayıb.

Qeyd edək ki, müşahidə olunan artım tempi son 4 ildə ən aşağı göstəricidir. Belə ki, 2010-cu il ərzində yenidən maliyyələşdirmənin həcmi 41,6% artıb, ondan əvvəlki illərdə isə artım tempi daha yüksək olub:




Göründüyü kimi, mərkəzləşdirilmiş kreditlərin əsas artımı Azərbaycanda bank sektorunda böhran ili hesab olunan 2009-cu ildə müşahidə olunub. Bu da tam izah olunandır, çünki həmin dövrə bank sistemində likvidliyin aşağı düşməsi və xarici öhdəliklərin yerinə yetirilməsi üçün vəsait çatışmazlığı müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR