Bank Of Baku

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları rekord həddə çatıb

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları rekord həddə çatıb
# 09 yanvar 2012 13:20 (UTC +04:00)




AMB-dən «APA-Economics»ə verilən məlumata görə, il ərzində ən böyük artım dekabr ayında qeydə alınıb:




Göründüyü kimi, dekabr ayı ərzində valyuta ehtiyatlarının həcmi 3,454 mlrd. dollar və ya 49,2% artıb. Bu artım Mərkəzi Bank tərəfindən dekabrda bazardan valyuta vəsaitlərini iri həcmdə alması ilə bağlı olub. Bu tendensiya, yəni ilin sonunda Mərkəzi Bankın valyuta alışını artırması hər il baş verir, lakin bu dərəcədə iri alış hələ müşahidə olunmayıb.

Qeyd edək ki, dekabrın əvvəlində Mərkəzi Bankın İdarə Heyətinin sədrinin birinci müavini Alim Quliyev dekabr ayında AMB-nin valyuta alışını artırıldığını bəyan edib və bunu ilk növbədə ilin sonunda Dövlət Neft Fondunun sərəncamında olan valyuta vəsaitlərinin büdcəyə transferti üçün konvertasiyası zəruriliyi ilə əlaqələndirib. Lakin valyuta alışının 3,5 mlrd. dollara çatması gözlənilməz olub.

Nəticədə, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının həcmi 10 mlrd. dolları ötüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR