Bank Of Baku

«Azərpoçt» və «Atəşgah Sığorta» arasında əməkdaşlıq sazişi imzalanıb

«Azərpoçt» və «Atəşgah Sığorta» arasında əməkdaşlıq sazişi imzalanıb
# 09 yanvar 2012 13:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» MMC və «Atəşgah Sığorta» şirkəti arasında əməkdaşlıq sazişi imzalanıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, müqaviləyə əsasən, sözügedən sığorta şirkəti «Azərpoçt»un poçt filialları və şöbələri vasitəsilə müştərilərə icbari və könüllü sığorta növləri üzrə xidmətlər göstərəcək.

Poçt operatorunun şöbələrində «Atəşgah Sığorta»nın bütün məhsulları təklif olunacaq. Poçt şöbələrində sığorta polislərinin satışı tamamilə avtomatlaşdırılaraq elektron şəkildə həyata keçiriləcək.

Qeyd edək ki, hazırda «Azərpoçt»un ölkə üzrə 1 550-yə yaxın şöbəsi fəaliyyət göstərir.

Xatırladaq ki, «Atəşgah Sığorta» şirkəti 1997-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda «ISR Holding» (63%), «RanExim» şirkəti (27%) və ARDNŞ (10%) çıxış edir. Hazırda «Atəşgah» 17 könüllü və 4 icbari sığorta xidməti göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR