Bank Of Baku

Almaniyanın ticarət balansının profisiti 15,1 mlrd. avroya yüksəlib

Almaniyanın ticarət balansının profisiti 15,1 mlrd. avroya yüksəlib
# 09 yanvar 2012 14:34 (UTC +04:00)
Bakı - APA-Economics. Almaniyanın ticarət balansının müsbət saldosu 2011-ci ilin noyabr ayında 15,1 mlrd. avro təşkil edib. “APA-Economics”in xəbərinə görə, bu barədə Almaniya Federal Statistika Agentliyi açıqlama yayıb.

Bu göstərici analitiklərin proqnozlarını (12 mlrd. avro) üstələyib. Oktyabr ayında isə Almaniyanın ticarət balansının profisiti 12,5 mlrd. avro olub.

Oktyabr ayında Almaniyadan ixrac bir ay əvvəlki göstərici ilə müqayisədə 2,5% artaraq 90,7 mlrd. avro təşkil edib. İxrac isə 0,4% azalaraq 75,7 mlrd. avroya enib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR