Bank Of Baku

«Atəşgah Sığorta» daşınmaz əmlakın icbari sığortası üzrə polislərin satışına başlayıb

«Atəşgah Sığorta» daşınmaz əmlakın icbari sığortası üzrə polislərin satışına başlayıb
# 09 yanvar 2012 14:34 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atəşgah Sığorta» şirkəti daşınmaz əmlakın icbari sığortası ilə bağlı xidmətlərə başlayıb. Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, müvafiq sığorta polislərinin satışı «İcbari sığortalar haqqında» qanuna uyğun olaraq həyata keçiriləcək.

Belə ki, «Atəşgah Sığorta» ASC Dövlət Sığorta Nəzarəti Xidmətinin müvafiq icazəsi əsasında «Daşınmaz əmlakın sığortası», «Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası» üzrə icbari sığorta növlərini həyata keçirmək üçün yanvar ayının 6-da İcbari Sığorta Bürosunun reyestrinə daxil edilib.

Bununla da «Atəşgah Sığorta» şirkəti qanunvericiliyə uyğun olaraq, müştərilərə üç icbari sığorta növü üzrə («Daşınmaz əmlakın icbari sığortası», «Daşınmaz əmlakın istismarı ilə bağlı mülkü məsuliyyətin icbari sığortası», «Avtonəqliyyat vasitəsi sahiblərinin mülkü məsuliyyətinin icbari sığortası») xidmətlər təklif edir.

Qeyd edək ki, «İcbari sığortalar haqqında» qanunun tətbiqinə 2011-ci ilin sonunda başlanılıb.

«Atəşgah Sığorta» şirkəti 1996-cı ilin sonunda təsis edilib. Şirkət müştərilərə 20-dən çox sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR