Bank Of Baku

Azərbaycanda plastik bank kartlarının sayı 8% artıb

Azərbaycanda plastik bank kartlarının sayı 8% artıb
# 09 yanvar 2012 14:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda buraxılmış plastik bank kartlarının ümumi sayı 2011-ci il dekabrın 1-nə 4 535 min ədəd təşkil edib ki, bu da 2010-cu ilin dekabrın 1-nə nisbətən 329 min ədəd və ya 7,8% çoxdur. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, kartların 2 534 mini sosial, 1 313 mini əmək haqqı, 521 mini digər debet, 166 mini isə kredit kartlarının payına düşür.

Ötən ilin 11 ayı ərzində plastik kartlarla 45 885 min əməliyyat aparılıb, əməliyyatların həcmi 6 459 mln. manat təşkil edib ki, bu göstəricilər son bir ildə müvafiq olaraq 11,2% və 21,8% artıb.

Debet kartları ilə aparılan əməliyyatların sayı 43 339 minə bərabər olub ki, bu da ümumi sayının 94,5%-ni təşkil edir. Debet kartları ilə həyata keçirilən əməliyyatların həcmi isə 5 760 mln. manat olub ki, bu da ümumi həcmin 89,2%-ni təşkil edir. Öz növbəsində, kredit kartları ilə 2 547 min əməliyyat aparılıb, əməliyyatların həcmi isə 699 mln. manata bərabər olub.

Debet kartları üzrə bir əməliyyatın ortalama həcmi 132,9 manat, kredit kartları üzrə isə 274,4 manat təşkil edib.

Qeyd edək ki, plastik kartlarla aparılan əməliyyatların 41 224 mini və ya ümumi sayın 89,8%-i nağd pulun çıxarılması məqsədilə həyata keçirilib. Bu əməliyyatların həcmi 5 840 mln. manat təşkil edib ki, bu da ümumi həcmin 90,4%-nə bərabərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR