Bank Of Baku

Azərbaycanda XÖHKS sistemi ilə aparılan əməliyyatların həcmi azalıb

Azərbaycanda XÖHKS sistemi ilə aparılan əməliyyatların həcmi azalıb
# 10 yanvar 2012 06:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemində (XÖHKS) apardığı ödənişlərin həcmi 2011-ci ilin noyabr ayında 835 mln. manata bərabər olub. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, oktyabr ayı ilə müqayisədə bu göstərici 22 mln. manat və ya 2,7% azalıb.

XÖHKS ilə aparılan ödənişlərin sayında isə artım baş verib. Belə ki, bu göstərici əvvəlki ayla müqayisədə 6,5% artaraq noyabrda 1 957 minə çatıb. Nəticədə, ödənişlərin ortalama həcmində azalma baş verib. Belə ki, noyabr ayında XÖHKS üzrə bir ödənişin ortalama həcmi 426,7 manat təşkil edib ki, bu da oktyabr göstəricisindən 8,5% azdır.

Qeyd edək ki, 2010-cu ilin noyabra nisbətən XÖHKS ilə aparılan əməliyyatların sayı 2,4 dəfə, həcmi isə 63,7% artıb, bir ödənişin ortalama həcmi isə 31,4% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR